//K-Pop ifaçıları Billboard-un «Social 50» reytinqində

K-Pop ifaçıları Billboard-un «Social 50» reytinqində

Billboard koreyalı ifaçıların yüksək mövqe tutduqları, yenilənmiş «Social 50» reytinqini təqdim etdi.

«Social 50»-də dünya artistlərinin mövqeyi sosial şəbəkələrdə pərəstişkarların onları nə qədər tez-tez işarələməklərindən asılıdır. 20 apreldə bitəcək həftəlik reytinqdə BTS 1-ci sırada yer tutub. EXO isə — ikinci yerdədir.

BLACKPINK bu həftə 3-cü yerdə sıralanıb, TWICE — 7, GOT7 — 8, TXT — 10, Stray Kids — 12, SEVENTEEN — 18, WayV — 20, NCT 127 — 29, NCT — 32, MONSTA X — 40, Super Junior — 46, ATEEZ — 49.

Bütöv «Social 50» siyahısı ilə buradan tanış ola bilərsiniz.