//K-pop aləminin ən yaxş ifaçıları

K-pop aləminin ən yaxş ifaçıları

 

K-pop aləminə təzəcə daxil olumusunuzsa, biz sizə sevə-sevə bələdçilik edə bilərik, hətta siz bu haqqda təzəlikcə xəbərdar olmuş olsanız belə. Ola bilər ki, sizin bu haqda heç məlumatınız yoxdur..Amma, əminəm ki, heç olmasa ömrünüzdə bir dəfə də olsun bütün dünya hit paradlarında daima birinci yerləri tutan , dünya auditoryasında çoxlu pərəstişkarları olan BTS haqqında eşitmiş olarsınız. Umumilikdə k-pop dünyasında tanımağa dəyənləri sizə təqdim edirəm.

BLACKPINK

İki illik fəaliyyətləri içərisində bu qədər məşhur olan qızlardan ibarət olan bu qrupu tanımağa dəyər. Təkcə Amerikada 113 000 nüsxədən ibarət albomları satılan, Billboard jurnalına adları düşən məşhur qruplardan biri olan qızlardır. Cənubi Koreya tarixində Youtube kanalının 25 top yay mahnıları siyahısına ilk düşə bilən BLACKPİNKdir.

 

BİGBANG

2006-cı ildən fəaliyyət göstərən bu qrup 5 oğlandan ibarətdir. Onların albomlarındakı mahnılar təkcə koreya dilində deyil həm də yapon pərəstişkarlarının tələbinə görə yapon dilindədə buraxılır. “MTV Europe Music Awards” mükafatına laiq olan qrupdur.

 

EXO

2011-ci ildən 12 oğlanla yaranan bu qrup sonralar öz fəaliyyətini 9 oğlanla davam etdirir. Bu oğlanlar öz işini 200% yerinə yetirirlər. Parlaq gələcəkləri olan bu oğlanlar hələ çox yadda qalacaqlar.

 

RED VELVET

2014-cü ilin avqust ayında “happiness”mahnısı ilə musiqi karyerasına start verən qızlardan ibarət qrupdur. Bu qızlar öz səsləri ilə deyil həm də xarici görkəmləri, qeyri-adi rəqsləri ilə insanları özlərinə bağlamağı bacarırlar.

 

IU

Həm müğənni həm öz mahnılarının müəllifi olan bu 25 yaşlı istedadlı qız öz əsrarəngiz gözəlliyi ilə insanları özünə valeh edir. Öz lirik mahnıları ilə publikanı ələ almağı bacaran bu qızın repertuarında hər zövqə uyğun mahnı var.

 

Hamınıza burada adı keçən hər bir qrupun,müğənninin heç olmasa bir dəfə olsa belə mahnısını dinləməyi tovsiyyə edərdiniz?