//JYP Entertainment TWICE-dan Mina ilə bağlı açıqlama verib

JYP Entertainment TWICE-dan Mina ilə bağlı açıqlama verib

JYP Entertainment TWICE-dan Mina ilə bağlı açıqlama verib.

“Salam.  Bu JYP Entertainmentdir.

Bu, Minanın səhhəti ilə bağlı əlavə bir bildirişdir.

Xüsusi tibb müəssisələrində yoxlanıldıqdan sonra narahatlıq pozğunluğunun Minanın hazırkı sağlamlıq vəziyyətinin diaqnozu olduğu təsdiqləndi.

Bunun üçün simptomların əsas xüsusiyyətləri gözlənilmədən ortaya çıxan davamlı narahatlıq və ya aralıqsız narahatlıq, həmçinin narahatlıq səviyyəsində kəskin dəyişikliklərdir.

Bu dəyişkən vəziyyətə əsaslanaraq, Minanın planlaşdırılmış fəaliyyətlərdə iştirakı Minanın özü və TWICE üzvləri ilə müzakirə yolu ilə qərara alınır.  Bundan əlavə, Minanın fəaliyyətlərdə iştirakı tamamilə Minanıb sağlamlığının obyektiv vəziyyətinə əsaslanaraq qərara alınmalı, buna görə istər-istəməz qismən seçilmiş olan qərarlar haqqında azarkeşlərin anlamasını xahiş edirik.

Minanın sağalması üçün davamlı olaraq bütün tədbirləri görəcəyik.  Azarkeşlərdən ona  dəstəyini və marağını göstərmələrini xahiş edirik.” 

TAGS:

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova