//JYP direktorlar şurasının yeni üzvü Nikkun öz solo albomu haqqında danışdı, 2PM qrupunu xatırladı və aktyorluq karyerasında inkişaf planlarından söz açdı

JYP direktorlar şurasının yeni üzvü Nikkun öz solo albomu haqqında danışdı, 2PM qrupunu xatırladı və aktyorluq karyerasında inkişaf planlarından söz açdı

 

OSEN via Nate

1. [+905, -63] Onun karyerası içkili halda avtomobil idarə etdiyi qalmaqaldan sonra öldü. O, nəyə nail olub ki, onu direktor səviyyəsinə qədər qaldırıblar?

2. [+765, -63] Onun içkili halda sükan arxasına oturduğu qalmaqalı nəzərə alaraq necə vəzifəsini qaldırıblar?

3. [+677, -36] Budur 2003-ün xəbəri. Media xəbər verdi ki, Pak Cinyonu içkili halda sürdüyünə görə saxlayıblar. O, cinayət yerindən qaçdıqdan sonra yenidən teqdimata qayıtdı. Sonra Amerikaya qaçdı və münaqişəli vəziyyəti yoluna qoymaq üçün yenidən qayıtdı. O vaxtlar bu böyük rezonans yaratmamışdı, çünki o, heç bir yerdə çıxış etmirdi və yeni mahnı buraxmırdı. Əgər indi belə bir şey olsaydı, onu artıq yer üzündən silmişdilər ㅋㅋㅋㅋ  http://www.koreatimes.com/article/20030527/127644

4. [+26, -5] Bəs deyirdilər JYP şəxsi keyfiyyətlərin qeydinə qalır?
Amma bununla yanaşı Pak Cinyon içkili halda avtomobil idarə edib və təriqətin üzvüdür.
Nikkun içkili halda sükan arxasına oturub.
Cun K. içkili halda sükan arxasına oturub.
Sone öz qrupundan başqa ölkəyə qaçıb.

5. [+25, -13] O, bu yüksəlişə layiq nə edib ki?
-> Onunla Taylandda şəhzadə kimi davranırlar. Ordan topladığı pulları şirkətə daşıyır.

6. [+18, -10] Mən doğrudan da anlamıram insanlar onun nəyini yaraşıqlı sayırlar. O, mənim üçün elə İçkilikun olaraq da qalır

7. [+14, -1] İndi ən çox bəyənilmiş rəylərə görə nəticə çıxarmaq olar ki, Pak Cinyon ikiüzlüdür. O, artistlərinin istənilən qalmaqalına dözə bilmir, amma içkili halda avtomobil idarəsinə asanlıqla göz yumur.

[+14, -8] Son vaxtlar JYP özünü çox SM-ə oxşatmağa çalışır (SNSD -> Twice, f(x) -> ITZY) və indi isə o, deyəsən Nikkundan ikinci Kanta düzəltməyə çalışır

9. [+13, -3] ㅋㅋ Əgər bu pərəstişkarlar üçün xüsusi hədiyyədirsə onda albomlar pulsuz olacaq? Yoxsa super ucuz? ㅋㅋ hələ aktyorluq da istəyir ㅋㅋㅋㅋㅋㅋㅋㅋㅋㅋ Mən elə bilirdim sənin arzun öz restoranını açmaq idi… elə onunla da məşğul ol.

10. [+9, -4] Onun görünüşü yaşlandıqca daha da pisləşən tiplərdəndir.

NB

“Yəni insanlar hələ də özlərini elə aparmağa davam edirlər ki, guya, o, öz səhvlərindən nəticə çıxarmaq üçün hər şey edən idollardan biri deyil. Mən o qalmaqaldan sonra onun pərəstişkarı olmaqdan imtina etdim, çünki içkili halda avtomobil idarəsinə neqativ yanaşıram, amma o mənim gözlərimdə yenə böyüdü, çünki onun daha yaxşı insan olmağa çalışdığını gördüm və bunu sözlərilə yox, hərəkətləri ilə sübut edirdi. Həqiqəti istəyirsiz? Siz idol-ları ucaldırsınız ki, onların uçurumdan düşməyinə həzzlə tamaşa edəsiniz. Yadda saxlayın ki, idol-lar da insandırlar və onlar da boz çalarlardan ibarətdirlər. Dünyada artıq çoxdandır ki, heçnə yalnız qara və yalnız ağa bölünmür.”

“Nikkun- ürəyiyumşaqdır və məncə o, etdiyi günahı öz əməlləri ilə yuyan idollardan biridir. O, neçə ildir ki, demək olar ki, heç irəliləmirdi və bu o demək deyil ki, o, ümumiyyətlə heçnə etmirdi. Nikkun neçə-neçə serial və filmlərdə çəkilib və hətta öz solo çıxışlarını da buraxıb. Əgər insanlar ona bir şans daha versəydilər onda bir çox təəccüblü cəhətlər kəşf edərdilər amma ki, hey, sizə pis oldu.
Şəxsən mən inanıram ki, bircə səhvin sənin necə bir adam olduğunu demir. Və bir də ki, əlbəttə ki, NB bütün məqalələrdən yalnız bunu tərcümə edib. 2PM üçün yalnız pislər, mən artıq təəccüblənmirəm.”

“2PM-in bütün üzvləri direktorlar şurasında yer alıb,təkcə Nikkun yox.”

“Düzünü desəm içkili halda avtomobil idarəsi qalmaqalından sonra artıq onu yaraşıqlı saymıram. Amma o, əvvəllər elə gözəl görünürdü ki.”
-> ” Qalmaqal bir qırağa, o, elə özünə görə əvvəlki kimi cəlbedici deyil artıq.”
> ” Deyəsən mən qəribəyəm amma mən Nikkunu heç vaxt yaraşıqlı saymamışam. Mənim üçün 2PM-dəki əsas yaraşıqlı daima Tek olaraq qalacaq.”

“Bu arada millət, artıq lənətə gəlmiş martdır amma mən maydan bəri təriqət barədə olan press-konfrans haqda heçnə eşitməmişəm. JYP, bəxtiniz gətirib, YG indi elə zibildədir ki, bu təriqətlər uşaq söhbəti kimi görünür.”