//“Just Dance” serialının ilk afişası yayımlandı

“Just Dance” serialının ilk afişası yayımlandı

“Dance Sports Girls” adlı mükafatlı bir sənədli filmə istinadən hazırlanan “Just Dance” sserialının ilk afişası yayımlanıb.

Serial, Geoje qızlar gimnaziyasında oxuyan bir qrup rəqs həvəskarı tələbənin ətrafında dönür. Dərslərindən yaxşı qiymətlərə sahib deyillər. Buna baxmayaraq dərsləri əvəzinə yaxşı bir rəqqas olmağa çalışırlar. Yaxın zamanda yenidənqurmanın başladığı bir zavodda iş tapmaq əvəzinə, onların fərqli xəyalları vardır.

Park Se-Wan və Jang Dong-Yoon`la yanaşı, serialın əsas heyətində Lee Joo-Young, Joo Hae-Eun, Shin Do-Hyun, Lee Yoo-Mi və Kim Soo-Hyun yer alır.

Serialın rejissor kreslosunda “Uncontrollably Fond”, “Spy” və “The Princess Man” seriallarının rejissoru Park Hyun-Suk oturur.

Serialın ilk seriyasının 3 Dekabrda yayımlanması planlaşdırılır.

Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)