//Cunho və Conq So Minin(Junho və Jung So-Min) “Gibang Bachelor” filmində birlikdə rol alacaqları dəqiqləşdi

Cunho və Conq So Minin(Junho və Jung So-Min) “Gibang Bachelor” filmində birlikdə rol alacaqları dəqiqləşdi

‘2PM’ qrupundan Junho və Jung So-Min, “Gibang Bachelor” adlı yeni bir filmdə baş rol obrazları canlandıracaq.

Romantik-komediya-tarix janrındakı film, Joseon Xanədanlığındakı bütün qadınların qəlbinə girən bir gənc adam ilə mütərəqqi düşüncə tərzinə malik gözəl bir gənc qadının ətrafında dönür. İkisi də həqiqi sevgi axtarışındadır.

Junho filmdə yaraşıqlı bir gənc adam olan Heo Saek obrazını canlandıracaq. Onun anası bir gisaengdi və buna görə bir tavernada (gisaenglərin çalışdığı yer) böyümüşdür. Qadınların təzyiq gördüyü bir vaxtda Joseonun ilk kişi gisaengi olur.

Jung So-Min serialda mütərəqqi düşüncə tərzinə malik Hae Won obrazını canlandırır. O da digər qadınlar kimi qəlbini Heo Saeka (Junho) verir. Bu film, onun çıxış etdiyindən bu yana yer aldığı ilk tarix janrındakı işi olacaq.

Junho və Jung So-Min, daha əvvəl 2014 -də yayımlanan “Twenty” filmində birlikdə çalışmışdı.

Bu arada, filmin adındakı Gibang sözü taverna yəni gisaenglərin çalışdığı yer deməkdir.

“Gibang Bachelor” filminin rejissor kreslosunda “The Last Ride” filmini idarə edən Nam Dae-Joong oturur.

Filmin çəkilişlərinə bu ay başlanılması planlaşdırılır.

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)