Jung So-Min və Junho yeni bir film ilə yenidən bir araya gələ bilər.
Jung So-Min`in agentliyindən bir mənbə, aktrisanın “Gibang Bachelor” adlı yeni bir filmdən təklif aldığını təsdiqlədi.
Komediya-tarix növündəki “Gibang Bachelor” filminin rejissor kreslosunda “The Last Ride” filmini idarə edən Ad Dae-Joong oturur. Jung So-Min əgər təklifi qəbul edərsə, bu film onun ilk çıxış etdiyindən bu yana yer aldığı ilk tarix növündəki işi olacaq.
Ötən ay, bəzi media qurumları tərəfindən Junho`nun “Gibang Bachelor” filmində yer alacağı açıqlanmışdı. Junho və Jung So-Min, daha əvvəl 2014`də “Twenty” filmində birlikdə çalışmışdı.
Jung So-Min ən son ötən günlərdə final seriyası yayımlanan “The Smile Has Left Your Eyes” serialında yer aldı.(guneykoresinemasi.com)
- Sovet rokunun koreyalı əfsanəsi - 22 İyun 2019
- Müdrik çay – İnçhon - 08 Fevral 2019
- “Hatch” serialının yeni bir fraqmenti yayımlandı - 16 Yanvar 2019