Aktrisa Jun Ji-Hyun yeni serial ilə tamaşaçıların qarşılaşmağa hazırlaşır.
Oktyabrın 12-sində Jun Ji-Hyun iki xanım Hong Xun-Eun və Hong Mi-Ran (“Hong Sisters” kimi tanınan) tərəfindən yazılmış yeni bir serialda rol oynayacağı bildirildi. Serialın adına hələ qərar verilməyib və serialın ilk bölümü 2019-cu ilin ikinci yarısında eranlara gələcək.
Ancaq aktrisanın agentliyindən bu xəbərdən sonra belə açıqlama gəldi: “Təklif, aldığımız işlərdən biridir. Hal-hazırda Hong bacılarının yeni serial təklifini nəzərdən keçirir.”
Mənbə, “Jun Ji-Hyuna bir neçə film və serial təklifi aparılıb.Hal-hazırda bir çoxu qiymətləndirir. Filmdə və ya serialda iştirak etmək barədə qərar verməyib. Bir sonrakı layihəsini diqqətlə seçir və yaxşı bir işlə gəln il tamaşaçısının qarşısına çıxacaq” şəklində açıqlama verdi.
Jun Ji-Hyun axrıncı dəfə 2016-cı ildə SBS-in istehsalı olan ” The Legend of the Bluse Sea” (“Mavi dənizin əfsanəsi” )ndə çəkilmişdi.