Əsas heyətində Ju Ji-Hoon, Jin Se-Yeon, Kim Kang-Woo və Kim Yoo-Ri`nin yer aldığı “Item” serialının ilk fraqmenti yayımlandı.
Serial, fövqəltəbii güclərə malik obyektlərin arxasındakı sirləri aşkara çıxarmağa çalışan bir kişi (Ju Ji-Hoon) və bir qadının (Jin Se-Yeon) ətrafında dönür. Ju Ji-Hoon serialda bir prokuror olan Kang Gon obrazını canlandırır. Güclü bir ədalət hissinə malik istiqanlı biridir. Bir gün, qohumu gənc Da-In`i xilas etmək üçün fövqəltəbii qüvvələrin yer aldığı bir cinayət işini üstünə götürür.
Yayımlanan fraqment, Ju Ji-Hoonun bu sözləri ilə başlayır: “Bu an bizim üçün inanılmaz şeylər olur”.
Ju Ji-Hoon, özünə xas bir bilərzik taxan adam tərəfindən boğulmağa çalışdığı səhnədə, Ju Ji-Hoonun bu sözləri eşidilir: “Uğursuz olan şey başladı”.
Son olaraq fraqment, Ju Ji-Hoonun bu sözləri ilə bitir: “Gələcək hadisələr, bildiyimiz hadisələrdən fərqli olacaq”.
Bu arada serial, Min Hyung (ssenari) və Kim Joon-Seokun (rəsm) qələmə aldığı, “Item” adlı bir webtoondan uyğunlaşdırmadır.
Serialın rejissor kreslosunda “Goodbye Mr. Black” serialının ikinci rejissoru Kim Sung-Wook oturur. Webtoonun seriala uyğunlaşdırılmasını “Save Me” serialının ssenari müəllifi Jung Yi-Do edir.
Serialın ilk seriyasının gələn ilin Fevral ayında yayımlanması planlaşdırılır.
- Sovet rokunun koreyalı əfsanəsi - 22 İyun 2019
- Müdrik çay – İnçhon - 08 Fevral 2019
- “Hatch” serialının yeni bir fraqmenti yayımlandı - 16 Yanvar 2019