//“Joseon Survival” serialının video tizrı yayımlandı

“Joseon Survival” serialının video tizrı yayımlandı

 

Tv Chosun kanalının iyun ayında yayımlanacaq olan yeni serialının video tizrı yayımlandı. Ox atma üzrə olimpiya çempionu olmaq istəyən, amma başına gələn qəza səbəbindən başqa işlə məşğul olan baş qəhrəman, möcüzəvi şəkildə balaca qardaşı və sevgilisi ilə birlikdə Çason dövrünə düşür. Hadislər onların ora düşməsi ilə başlayır. Belə ki, o, Çason dövrünün ən məşhur oğrusu ilə tanış olur. Baş qəhrəman yaşamaq uğunda mübarizədə və sevdiklərini qorumaq üçün düşmənə qarşı oğru ilə birləşməli olur. Fantastik, tarixi, janrında çəkiləcək olan serialın baş rollarını aktyor Kanq Ci Hvan (Kang Ji-hwan), Kyonq Su Cin (Kyung Soo-jin), Sonq Von Sok (Song Won-seok), Park Se Van (Park Se-wan) oynayacaq.