Co In Sonq(Jo In Sung) və Be Sonq U(Bae Sung Woo) yeni serialda birlikdə rol ala bilər.
İyulun 24-ü aktyorların yazar No Hi Kyonq tərəfindən yaxınlaşmaqda olan bir serial üçün təklif aldıqlarını bildirildi.
Co In Sonqun şirkəti “IOK Company” : “Yazar No Hi Kyonq sadəcə Co In Sungun gələcək planları haqqında sual verdi. Ssenari hələ yayımlanmayıb.Ancaq, yayımlandığı zaman Co In Sonq ssenarini oxumağa istəklidir və o zaman qərarını verəcək.” -deyə açıqlama verdi.
Be Sonq U-nun şirkəti “Artist Company” : “Yazar No Hi Kyonq , Sonq U-ya yeni serialında oynamağı təklif edib və o, müsbət fikirdədir.”-deyə bildirib.
İki aktyor daha öncə “The King” və “The Great Battle” filmlərində bir araya gəlmişdi.
Co In Sonq , No Hi Kyonqun “That winter the wind blows”, “İt’s Okay , That’s Love” və “Dear My Friends” adlı seriallarında , Be Sonq U isə yazarın “Live” serialında başrol obrazını canlandırıb. Yaxımlaşmaqda olan serialın qeyri-hökümət təşkilatı ilə bağlı olacağı bildirilir.
- Dispatch G-DRAGONvə Jennienin sevgili olduğunu açıqladı - 24 Fevral 2021
- Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında - 04 Yanvar 2021
- “Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı - 03 Yanvar 2021