Əsas heyətində GOT7 qrupundan Jinyoung, Shin Ye-Eun, Kim Kwon və Dasom’un yer aldığı, tvN-nin “He Is Psychometric” adlı yeni serialının üç fraqmenti və ilk afişası dərc olunub.
Serial, insanların xatirələrini oxumaq qabiliyyətinə malik Lee An (Jinyoung) ilə acı dolu keçmişini hamıdan gizlətməyə çalışan Yoon Jae-In’in (Shin Ye-Eun) ətrafında dönür. Bir gün, Lee An və Jae In qarşılaşır və bir sıra hadisəni birlikdə həll etməyə çalışır.
Dərc olunan afişanın şüarı kimi, “Yalnız üç saniyə. Bir şeyə toxunsam, bilərəm”. Yazır.
Aşağıdakı fraqmentdə, Lee An’ın (Jinyoung) obyektlərə və ya canlılara toxunanda xatirə oxuyabilme qabiliyyətinə diqqət çəkilmişdir. İlk fraqmentdə, Lee An belə deyir: “Yalnız tək bir toxunuşla bilərəm”.
İkinci fraqmentdə, Yoon Jae In (Shin Ye-Eun) bunları deyir: “Polis məmuru Yoon Jae-In ,ürəyinin dərinliklərində bir sirr saxlayır”.
Sonuncu fraqmentdə, bir qrup insanla döyüşən Lee An (Jinyoung), qaranlıq keçmişini göstərir və bu sözləri deyir: “Sizə kömək edəcəyəm. Siz Hazır olduqda”.
Serialın rejissoru “Queen In-Hyeon’s Man”, “Nine:9 Times Time Travel “,” The Three Musketeers”, “Bubble Gum”, “The Bride of Habaek” və “A Korean Odyssey” seriallarının rejissoru Kim Byung-Soodur.
Serialın ilk bölümünün 11 Martda yayımlanması planlaşdırılır.
- Dispatch G-DRAGONvə Jennienin sevgili olduğunu açıqladı - 24 Fevral 2021
- Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında - 04 Yanvar 2021
- “Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı - 03 Yanvar 2021