//Cinyonq(Jinyoung) yeni bir serialda baş rolu canlandıracaq

Cinyonq(Jinyoung) yeni bir serialda baş rolu canlandıracaq

“GOT7” qrupundan Jinyoung tvN-in “That Psychometric Guy” adlı yeni serialında rol alacaq.

Romantik-komediya-fantastika janrındakı serial insanların xatirələrini oxumaq qabiliyyətinə malik Lee An ilə acı dolu keçmişini hamıdan gizlətməyə çalışan Yun Jae-In`in ətrafında dönür. Bir gün, Lee An və Jae-In qarşılaşır və ikitərəfli bir sıra hadisəni birlikdə həll etməyə çalışır.

Jinyoung serialda birinə toxunduğu zaman o insanın xatirələrini oxumaq qabiliyyətinə sahib olan Lee An obrazını canlandıracaq. Beləliklə insanların ən dərin və qorxulu sirlərini öyrənir. O, bu istedadından istifadə edərək, pis insanları gün üzünə çıxarmağı qarşısına məqsəd qoymuşdur. Yaxşı bir görünüşə sahib olsa da, ağıllı birisi deyil.

Serialda qadın baş rol obrazını isə aktyor Shin Ye-Eun canlandıracaq. Serialın rejissor kreslosunda “Queen In-Hyeon`s Man”, “Nine: 9 Times Time Travel “,” The Three Musketeers”, “Bubble Qum”, “The Bride of Habaek” və “A Korean Odyssey” seriallarının rejissoru Kim Byung-Soo oturur.

Serialın ilk seriyasının 2019-cu ilin ilk yarısında yayımlanması planlaşdırılır.(guneykoresinemasi.com)

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)