//Cin Qu və Park Ki Vunq da “Prometheus” serialının heyətindən ayrıldı

Cin Qu və Park Ki Vunq da “Prometheus” serialının heyətindən ayrıldı

“Prometheus” serialının çəkilişi qeyri-müəyyən əsas heyəti ilə çətinə düşmüş görünür.

27 Noyabrda, Jin Goo`nun agentliyi BH Entertainment, aktyorun serialın heyətindən ayrıldığını təsdiqlədi.

Jin Goo ilə baş rolları paylaşacaq olan aktrisa Ha Ji-Won`un Oktyabr ayında serialın heyətindən ayrıldığı təsdiqlənmişdi. Ha Ji-Won`un agentliyi, aktrisanın niyə serialdan çıxdığı barədə hər hansı bir açıqlama verməmişdi.

Jin Goo`nun heyətdən ayrıldığı xəbərlərinin ardından Ha Ji-Won ilə eyni agentliyin üzvü olan Park Ki-Woong`un da serialın heyətindən ayrıldığı təsdiqləndi.

Bundan başqa, “Prometheus” serialının MBC ekranlarında yayımlanması planlaşdırılırdı. Ancaq bu plan ləğv edilib və serialın yayım tarixi 2019-cu ilin sonlarına təxirə salınıb.

MBC bu mövzu haqqında bunları söyləyib: “Serialın MBC ekranlarında yayımlanacağı heç vaxt təsdiqlənməmişdi. Müzakirə ərəfəsindəydik və kanalımızda serialı yayımlamamağa qərar verdik”.

Serial, Nüvə silahı sahəsində mütəxəssis olan bir qrup elm adamının itməsindən sonra reallaşan hadisələrdən bəhs edir.

in Goo əgər serialın heyətindən çıxmasaydı, Cənubi Koreyada Şimali Koreyalı bir qaçqın kimi yaşayan Park Hoon obrazını canlandıracaqdı. Bir vaxtlar, Rusiyadakı Şimali Koreya səfirliyində hərbi qulluqçu kimi çalışırdı. Ancaq gözlənilməz bir hadisə ilə qarşılaşır və Cənubi Koreyadan sığınma tələb edir. Cənubi Koreyada bir sahildə günlük işçi kimi çalışmağa başlayır. Bir gün bir NIS agenti, nüvə silahı üzərində çalışan itkin Şimali Koreyalı elm insanlarını tapmaq üçün birlikdə işləməyi təklif edir.

Serialın produsser şirkəti JL Media Group, əsas heyəti və digər aktyorları müəyyənləşdirmək üçün kastinq keçirəcək.

JL Media Group, daha əvvəl “The Princesss Man” serialında çalışmışdı. Serialın rejissor kreslosunda isə “IRIS”, “The Slave Hunters” və “Inspiring Generation” seriallarının quruluşunu üzərinə götürmüşdü. Həmçinin serialın büdcəsi 30 Milyard Won (təxminən 27.9 Milyon Dollar) və serial Koreyanın ən böyük miqyaslı işlərindən biri olacaq.(guneykoresinemasi)

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)