//Jason Derulo EXO-dan Lay, NCT127, BLACKPINK və digərləri haqqında öz fikirlərini bölüşür

Jason Derulo EXO-dan Lay, NCT127, BLACKPINK və digərləri haqqında öz fikirlərini bölüşür

Jason Derulo bu yaxınlarda Koreyada mətbuat konfransı keçirdi.

7SIX9 Entertainment-in pop sənətçisi Jason Derulo və CEO Jerry L. Greenberg keçdiyimiz günlərdə Koreya və K-Pop mövzularında fikirlərini paylaşdıqları bir mətbuat konfransı üçün Koreyanı ziyarət etdi.

Jason Derulo son zamanlar EXO-dan Lay və NCT127 ilə birlikdə “LET’S SHUT UP & DANCE” adlı musiqi video üzərində işləyib ki, bu da bütün zamanların ən yaxşı rəqqası Michael Jackson-un xatirəsi üçündür. Bu mahnı yalnız 25 iyunda nümayiş olunacaq “The Greatest Dancer” adlı bir albomun dörd mahnısının ilkidir.

Jason Derulo mətbuat konfransına Koreyanı ziyarət etmək mövzusundakı düşüncələrini açıqlayaraq başladı. “Koreyaya geri döndüyüm üçün həqiqətən xoşbəxtəm.  2 il əvvəl bir musiqi festivali üçün Koreyaya ziyarət etdiyimdən bəri uzun müddət ərzində burada qaldığım üçün həyəcanlıyam.”

Jason Derulo həmçinin Koreya mədəniyyəti haqqında daha ətraflı öyrənmək üçün bu fürsəti dəyərləndirib. O dedi ki: “Mənim planım həmişə sıx olur ki, nadir hallarda Koreyanı düzgün tanımaq şansı əldə edirəm. Bu dəfə Koreya mədəniyyəti haqqında daha çox öyrəndiyim üçün çox sevinirəm. “

O, həmçinin EXO-dan Lay və NCT127 ilə əməkdaşlığına dair fikirlərini bölüşdü. Jason Derulo, “Belə görkəmli oxuma və rəqs bacarığı olan sənətçilər azdır. EXO-dan Lay və NCT127 ilə əməkdaşlıq etmək həqiqətən xoş idi. Onlarla birlikdə oxumaq və rəqs etmək çox asan idi və onların görkəmli istedadlarına görə minnətdaram “.

Jerry Greenberg də konfransa qatıldı və Koreya ilə bağlı fikirlərini dilə gətirdi. “Koreyanı sevirəm və burada olmağıma çox şadam. Mən Koreyaya növbəti ən böyük K-Pop ulduzunu axtarmaq üçün gəldim. K-Pop bütün dünyada yayılır və növbəti ulduzun kim olacağı ilə maraqlanıram “.

Jason Derulo və Jerry Greenberqdən hansı K-Pop ulduzları ilə əməkdaşlıq etmək istədiklərini soruşduqda, Jerry Greenberg bu günə qədər hələ heç bir qərar vermədiyini söyləyərkən, Jason Derulo isə BLACKPINK ilə əməkdaşlıq etmək istədiyini söylədi.

7SIX9 Entertainment-ın Asiya təmsilçisi: “Michael Jackson xatirəsinə həsr olunmuş albom sonuncu olmayacaqdır. Xaricdən olanlarla əməkdaşlıq etmək üçün istedadlı koreyalı ulduzları axtarmağı planlaşdırırıq. Gələcəkdə bir çox əməkdaşlıq olacaq. Xahiş edirik gözləyin.