//Çapçe hazırlanması

Çapçe hazırlanması

Japçe, çox sevilən bir Koreya yeməyidir. Mili bayram və xüsusi günlərdə çox yeyilir.

Ərzaqlar:

Makaron 500qr – (Koreya üsulu şirin kartofdan hazırlanmış olan makaron)
Yerkökü (orta boy 1 ədəd)
Baş Soğan (1 ədəd)
Xiyar (2 ədəd)
Odeng – Koreya üsulu ilə balıqdan hazırlanmış olan bir ərzaqdır(Ət və ya balıq yerinə odeng də istifadə edə bilərsiniz, biz fərqlilik olması adına odenglə hazırlanmasını qeyd etdik)
Bitki yağı (5 y.q)

Sousu üçün:

Soya Sousu (2 y.q),
Şəkər (1 y.q),
Duz,
Küncüt yağı
Küncüt dənəcikləri (1 çimdik)
İstiot (1 çimdik)

Hazırlanması:

Əvvəlcə tərəvəzlər jülyen və yarım ay şəklində doğrayın, sonra tavada bitki yağında qovurun.

Sərt olan makaronları 8 dəqiqəyə qədər bişirin. Əgər makaronlar çox uzundursa ikiyə bölə bilərsiniz. Soyuq suyla yuyun və süzün.

Soya sousu, şəkər, küncüt və küncüt yağını tavaya töküb bir az qaynadın.
Sonra süzülmüş makaronları əlavə edin. Əvvəlcədən hazırlanan tərəvəzlər və makaron, hamısını birləşdirin və son toxunuş üçün bir az küncüt toxumu səpin
İsti-isti servis edin.

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)