Aktyor Canq Ki Yonq və “After School” qrupundan Nana-nın baş rollarını paylaşdığı “Kill It” serialının ilk iki fraqmenti yayımlandı.
Serial öldürmək məcburiyyətində olan bir adam ilə o adamı tutmaq məcburiyyətində olan bir qadının hekayəsindən bəhs edir. Adam ailəsini tapmaq üçün qatil olur. Qadın ise ölən sevgilisinin intiqamını almaq üçün adamın arxasına düşür.
Yayımlanan fraqmentlərdə Kim Su Hyon (Kim Soo Hyun) obrazını canlandıran Canq Ki Yonq yer almaqdadır. Onun obrazı bir baytardır. Ancaq həyatda heç kimsənin əslən kimliyini bilmədiyi bir qatildir. Hər iki fraqmentin sonunda bu sözlər eşidilir: “İmza qatilin hərəkətidir.Kill It (Öldür Onu).”
Serialın ilk bölümünün 16 martda yayımlanması planlaşdırılır.
Latest posts by Elmina Səfərova (see all)
- Guiness Dünya Rekordları ROSÉnin iki dünya rekordu qırdığını açıqladı - 09 Aprel 2021
- f(x)dən Victoria SM Entertainment ilə yollarını ayırdı - 09 Aprel 2021
- EXO qrupu yeni albomu ilə geri dönüş edəcək - 09 Aprel 2021