//Canq Hi Cin “Babel” serialında Park Şi Hunu müşayiət edəcək

Canq Hi Cin “Babel” serialında Park Şi Hunu müşayiət edəcək

Aktyor Jang Hee-Jinin TV Chosun’un “Babel” adlı yeni serialında qadın baş rol obrazı canlandıracağı açıqlanıb.

Keçdiyimiz günlərdə, Park Si-Hoo’nun “Babel” serialında kişi baş rol obrazı canlandıracağı təsdiqlənmişdi.

Serial, intiqam almaq ilə eşq arasında qalmış bir prokurorun (Park Si-Hoo) ətrafında dönür. O, intiqamını almaq üçün hər şeyi etməyi nəzərə almışdır. Ancaq bir gün, evləndikdən sonra həyatı məhv olan bir aktrisaya könlünü verir. Həmçinin serial, cinayət işinin çirkin həqiqətlərinə və şirkət sahibi iki fərqli ailənin arasındakı güc savaşını çatdırmğa çalışır.

Jang Hee-Jin serialda populyar bir aktrisa olan Han Jung-Won obrazını canlandırır. Bir şirkət sahibinin oğlu olan zəngin bir adam ilə evlənir. Ancaq əri cinayətə qurban gedir və bu cinayətin bir nömrəli şübhəlisi halına gəlir.

Serialın rejissor kreslosunda “Bridal Mask”, “You Are The Best!”, “The Kings Face” və “Hwarang” seriallarının rejissoru Young Seong-Sik oturur.

Serialın ilk seriyasının Yanvar 2019da yayımlanması planlaşdırılır.(guneykoresinemasi.com)

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)