//İyun ayında geri dönüş edəcək qruplar və müğənnilər

İyun ayında geri dönüş edəcək qruplar və müğənnilər

İyun ayının gəlməsi ilə bir-birinin ardınca müğənni və qrupların geri dönüş, debut və solo xəbərləri də gəldi.

Aşağıda bu ay geri dönüş edəcək məşhurlara nəzər yetirə bilərsiniz.

B1A4 qrupundan Sandıl(Sandeul) yeni albomu “A Fine Day” ilə iyun ayının 3-ü solo dönüş etdi.


4 iyun tarixi K-Pop üçün bir çox qrupun geri dönüşü ilə fərqləndi.

BoA  koreyalı reper Nucksal yeni sinqılları “Feedback” ilə geri dönüş etdilər.

Teen Top mini albomları “DEAR.N9NE”-ni yayımladı.

WJSN (Cosmic Girls) “For the Summer” adlı albomunu çıxardı.

fromis_9 yeni sinqılları “Fun Factory” ilə geri dönüş etdi.


5 iyunda HOSHOT-dan Ha Sonq Vun(Ha Sung Woon) ikinci rəqəmsal sinqılını yayımladı.

VIXX-dən Leo alman musiqiçi Maximilian Hacker ilə “the flower” adlı yeni mahnısını yayımladı.

Canq Ce İn(Jang Jae In) yeni mahnısı “Cactus” ilə 5 iyunda geri döndü.


NCT Dream ingilis müğənni HRVY ilə birlikdə SM STATION üçün “Don’t Need Your Love” adlı mahnı ilə iyun ayının 6-sı geri döndü.


Jay Park iyunun 7-si ümumilikdə 17 trekdən ibarət olan “The Road Less Traveled” ilə geri döndü.

Ho Yonq Senq(Heo Young Saeng)-da dördüncü mini albomu “Moment”-i həmin gün yayımladı.


SEVENTEEN-dən The8 “Dreams Come True” ilə iyunun 9-u geri döndü.


ATEEZ iyun ayının 10-u “Treasure Ep. 3: One of All” adlı mini albomunu yayımlayacaq.


TVXQ-dan Yunho iyun ayının 12-si solo debut edəcək. Onun yeni mini albomu “True Colors”-dur.

NOIR mini albomları “Abyss” ilə həmin gün geri dönüş edəcək.


Çon Somi(Jeon Somi)-nin uzun müddətdir gözlənilən solo debutu iyun ayının 13-ü baş tutacaq.


Super Junior-dan Yesonq(Yesung), Çonqha(Chungha) və TRCNG iyun ayında geri dönüş edəcək məşhurlar arasındadır.

Həmçinin JYP Entertainment, Stray Kids-in iyun ayında geri dönüş edəcəyini söyləmiş , lakin vaxtını bildirməmişdir.

 

Elmina Səfərova

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və Bigbang fanıyam.Hal hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova