“Money Today” adlı agentliyinin yayımaldığı məqalədə EXO qrupunun Amerika prezidenti Donald Trump, Cənubi Koreya prezidenti Mun Ce İn (Moon Jae İn) və Ivana Trump ilə görüşdüyü deyilir. İyun ayının 29-da YTN NEWS yayımladığı videoya əsasən Amerika preizdenti Donald Trump, Cənubi Koreya prezidenti Mun Ce İn ilə görüşüb. Mavi Evdə təşkil olunan görüş mərasiminə EXO-nun dəvət olunmasına səbəb Amerika prezidentinin qızı və yaxın köməkçisi Ivana Trumpın EXO pərəstişakarı olması səbəb olub. Xatırladaq ki, daha əvvəl Cənubi Koreyaya səfər edən Ivana Trump k-pop musiqisinə olan marağı haqqında danışaraq öz fikirlərini hamı ilə bölüşmüşdü. 2018-ci ilin fevral ayında, Cənubi Koreyanın Pxençxan bölgəsində təşkil olunan qış olimpiya oyunlarının bağlanış mərasimində iştirak edən Ivana Trump KİV-nə : “Mənim uşaqlarım EXO-nu çox sevir və onların ən böyük pərəstişkarlarıdırlar. Mən hələ də, onlar ilə görüşdüyümə inana bilmirəm” deyə müsahibə vermişdi. KİV-nin verdiyi məlumata əsasən Ivana Trump tədbir boyu EXO-nun qış olimpiya oyunlarının bağlanış mərasimi haqqında danışmaqdan, onları tərifləməkdən və fenomenal çıxışlarından bəhs etməkdən yorulmayıb. Mavi evdə təşkil olunan mərasimin sonunda, EXO Ivana Trumpa və Donald Trumpa imzalı albomunu hədiyyə veriblər.
트럼프 대통령과 만찬 시작. T 대통령은 매우 좋은친구와 다시 만나서 반갑다고 언급. pic.twitter.com/NxoLPvifSI
— 김현종 (@withhck03) June 29, 2019
(EXO-nun qış olimpiya oyunlarının bağlanış mərasimindəki çıxışına buradan baxa bilərsiniz)
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020