//İUnun Qanqvon bölgəsində baş vermiş yanğında zərər çəkənlərə yardım dəstəyi, qalmaqala səbəb oldu!

İUnun Qanqvon bölgəsində baş vermiş yanğında zərər çəkənlərə yardım dəstəyi, qalmaqala səbəb oldu!

 

Aprel ayının 4-də Qanqvon bölgəsində yerləşən Sokço, Qanqnınq və Donqhe şəhərlərində yanğınla əlaqədar olaraq fövqəladə hal elan edilmişdir. Belə ki, yanğın 1 nəfərin ölümü, 11 nəfərin yaralanmasına səbəb olmuşdur. Daha əvvəl bu məqaləmizdə yanğın hadisəsinin tam təfərrüatları haqqında məlumat vermişdik. Yanğında zərər çəkənlərə maddi və mənəvi dəstək olmaq məqsədi ilə, bir çox məşhurlar öz dəstəyini maddi yardım edərək göstərmişdirlər. (Yanğında maddi dəstək göstərənlar haqqında ətraflə məlumatı buradan oxuya bilərsiniz.) Beləliklə, yardım edənlər içərisində məşhur aktrisa, müğənni İUnun da adı var idi. Qeyd edək ki, o, yanğında zərər çəkənlərə kömək məqsədi ilə, Koreya Uşaq Fonduna 100 milyon von dəyərində maddi yardım eləmişdir. Amma aktrisanın yardım dəstəyi, bəzi insanların xoşuna gəlməyib. Belə ki, sosial şəbəkə istifadəçilərinin fikrincə Qanqvon bölgəsində baş verən yanğında heç bir uşaq zərər çəkməyib. İUnun uşaq fonduna yardım eləməsi onlara şübhəli gəlib. Yayılan bu xəbərlərə “Uşaq fondu” açıqlama verərək belə deyib ” Hamını salamlıyırıq. Biz Koreyanın Uşaq Fonduyuq. İUnun göstərdiyi yardım, ləkələnərək onun xeyirxahlığına qarşı yayılan pis fikirlərə, münasibətimizi bilidirərək demək istəyirik ki, müğənni hadisədən dərhal sonra bizə dəstək olmaq məqsədi ilə ziyarətə gəldi. Araşdırmalar nəticəsində məlum oldu ki, daha əvvəldən bizim nəzarətimizdə olan ailələrdən 4 uşaq, öz evini itirmişdir. Yanğının yayılmasından ehtiyyat edərək digər ailələrində öz evlərindən çıxardılaraq başaq yerlərə, təhlükəsizlik məqsədi ilə evuakasiya olunmuşdurlar. Daha əvvəl də, KİV-də verilən məlumatlarda, xanim müğəninin uşaq fonduna maddi yardım elədiyi elan edilmişdir. Amma onun maddi yardım elədiyi sadəcə bizim fond deyil. O, daha əvvəl, oxuduğu Dondok vilayətinin məktəbinə maddi yardım etmiş,Seungil Hope xeyirxahlıq cəmiyyətinə, başqa fondlara da maddi yardım etmişdir. Bizim fonda, yanğında zərəzçəkən ailələrə və uşaqlara dəstək olmaq məqsədi ilə da bir çox məşhurlar yardım ediblər. Sosial şəbəkələrdə yardımla bağlı yayilan bu saxta məlumatlar müğənninin təmiz adını ləkələməkdən, ümumilikdə insanları yaxşılıq etməkdən yayındırmaqdan başqa bir şey deyildir. Bu məlumatlar yardım edənlərin, bizə qarşı inamını zədələməkdən başqa bir işə yaramır. Son nəticədə bu xəbərlər, ehtiyyacı olan uşaqların yardımı ala bilməmələrinə səbəb ola bilər. Biz bütün uşaqlar adına belə çətin vəziyyətdə sizdən dəstək gözləyirik. Uşaq Fondu hər şeydən əvvəl uşaqları düşünür. Diqqətiniz üçün minnətdaram” 

Bu açıqlamadan sonra bir çox insanlar müğəninin və fondun səmimiyyətini dəstəkləyiblər. Uşaqlara olunan yardımda, hər hansı pis niyyət axtarmaq düzgün olmadığını vurğulayıblar.

TAGS: