//IU və Yo Cin Qunun “Hotel del Luna” serialında birlikdə rol oynayacaqları dəqiqləşdi

IU və Yo Cin Qunun “Hotel del Luna” serialında birlikdə rol oynayacaqları dəqiqləşdi

IU və Yo Cin Qu, tvN-nin “Hotel del Luna” adlı yeni serialında baş rolları paylaşacaqlar.

Daha əvvəl, IU və Yo Cin Quya sözügedən serialda rol almaq üçün təklif edildiyi açıqlanmışdı və martın 6-sında, ikisinində serialda yer alacaqları təsdiqləndi.

Fantastik növündəki serial, Seul şəhərinin mərkəzində yerləşən və müştərilərinin yalnız ruhlar olduğu Hotel del Luna adlı sirli bir oteldə keçir. Bu otelin CEO-su etdiyi böyük bir səhvə görə lənətləyərək 1000 ildən çoxdur ki, bu oteldə yaşamaq məcburiyyətində qalmışdır. Bir gün, bir adam gözlənilməz bir şəkildə bu oteldə menecer kimi işləməyə başlayır.

IU serialda Hotel del Luna adlı otelin İcraçı CEO-su olan Canq Man Vol obrazını canlandıracaq. Gözəl bir xanımdır. Ancaq başqalarına qarşı mülayim bir insan deyil. Çılğın, xaraktersiz, hamıya şübhə ilə yanaşan tamahkar biridir. 1000 ildən çoxdur bir lənətin təsiri altındadır.

Yeo Cin Vu serialda Hotel del Lunanın yeni rəhbəri olan Ku Çan Sonq obrazını canlandıracaq. Səmimi bir insandır. Qədimdən çox millətli bir mehmanxanada idarəçi müavini işləyib və bu işi edən ən gənc adamdır. Ancaq yaşadığı bədbəxt bir hadisədən sonra bu işi buraxaraq, Hotel del Lunada işləməyə başlayır.

İki bacı olan Honq Cunq In və Honq Mi Ran (Honq Bacılar kimi tanınır) daha əvvəl, “Youre Beautiful”, “My Girlfriend is a Nine-Tailed Fox”, “The Greatest Lav”, “Big”, “The Masters Suyun”, “Warm and Cozy” və “A Korean Odyssey” seriallarını qələmə almışdı.

Serialın rejissor kreslosunda “While You üere Sleeping”, “Doctors” və “You Who Came From the Stars” seriallarının rejissoru Ah Çonq Hvan oturur.

Serialın ilk bölümü bu ilin ikinci yarısında yayımlanması planlaşdırılır.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan