//IU-nun “Persona” adlı filminin aprel ayında Netflixdə dünya miqyaslı premyerası olacaq

IU-nun “Persona” adlı filminin aprel ayında Netflixdə dünya miqyaslı premyerası olacaq

Müğənni-aktrisa IUnun xarakterini mərkəzə alan “Persona” filmi, 4 bölümlük qısametrajlı film olaraq aprel ayında Netflix vasitəsilə dünya miqyasında yayımlanacaq.

”Persona”nın 4 ayrı filmi , 4 ayrı rejissor Lim Pil Sonq, İ Kyonq Mi, Kim Conq Kvan və Çon Qo Vun  tərəfindən yönləndiriləcək. Rejissorların hər biri IUnun bəzən musiqisindən, bəzəndə şəxsiyyətindən ilhamlanmışdır.

Lim Pil Sonqun filmi, hər bir kişinin həyatından imtina edə biləcək qədər cazibədar olan qadının həyatından bəhs edir. İ Kyonq Minin filmi, iki ehtiraslı qadının tennis oyunundan, Kim Conq Kvanın filmi, xəyallarında təkrar görüşən cütlükdən, Çon Qo Vunun filmi isə şirin bir intiqam almağa çalışan iki qızdan bəhs edir.

Mügənni və bəstəkar Yun Conq Şin(Yoon Jong Shin)in də heyətində olduğu filmi dörd gözlə gözləyə bilərsiniz.

TAGS:

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova