//İntihar etmiş və dünyasını dəyişmiş məşhurlar

İntihar etmiş və dünyasını dəyişmiş məşhurlar

Koreyaseverlər üçün mahnıları, serial və filmləri rəqibsiz, idolları və aktyorları cəzbedici, səhnə, ssenari həmçinin klipləri bənzərsiz olan K-POP və K-Drama aləmi möhtəşəm olsa da səhnə və pərdə arxası bir o qədər ağır, rəqabətli, ağrılı və keşməkeşlidir. Onlar bizə səhnədəki halları ilə məğlub olunmaz, problemsiz və xoşbəxt olduqlarını göstərir və bizlər sadəcə bunu görürük. Lakin görə bilmədiklərimiz, onların yaşadıqları həyat onlarında bizim kimi olduğunu, çətinliklərlə üzləşdiyini sonrakı ağır nəticələrlə göstərir. Əbədi olduqlarını düşünsək də onlarda bizim kimi insanlardır. Kədər, problem və taleh onlardan da yan keçmir.

SHINee – Conqhyon #youwilldidJonghyun

SHINee qrupunun üzvü Kim Conqhyon 18 dekabr 2017-ci ildə yaşadığı evdə karbon dioksid zəhərlənməsi ilə dünyasını dəyişib. Ağır depressia keçirən ulduz, bacısına intihar mesajı göndərərək dünyaya gözlərini yumub.

Ladies Code – Kvon Rise, InB (EunB, Rise)

3 sentyabr 2013-cü ildə Ladies Code avtomobil qəzası keçirir. Hadisə yerində tək həyatını itirən InB olur. Digər qrup üzvlərindən Rise ağır yaralanaraq, Ashley, Zuny, Socunq isə müxtəlif xəsarətlər alaraq xəstəxanaya çatdırılır. Qrupun birlikdə ən son performansı KİSS-KİSS olur. InB performans zamanı tabutda yatan bir adamı ziyarət edir. Adam InB-ni görən kimi qalxır və ona bir öpüş verir. Qəribə olansa InB-nin sanki doğurdan da ölüm öpüşü almış olmasıdır.

Qəza zamanı ağır yaralanan Rise, təcili beyin əməliyyatı keçirir. 4 gün komada qaldıqdan sonra daha çox tab gətirə bilməyərək dünyasını dəyişir. 3 sentyabrda xəstəxanaya gətirilən Rise, 7 sentyabr 2013-cü ildə vəfat edir.

Kanq Du Ri(Kang Doo Ri)

Sassy Go Go serialı və  Mukbang (yemək şousu) verlişlərindən tanınan məşhur aktrisa Kanq Du Ri , 14 dekabr 2015-ci ildə avtomobil qəzası keçirərək vəfat edir. Lakin hadisəni araşdıran polislər bunun əslində intihar olduğunu bildirir. Kanq Du Ri, yaxın dostuna  şəxsi problemləri ilə savaşmağa gücü olmadığını və yorulduğunu dediyi bir mesaj göndərərək intihar edir.

Kim Daul (model)

20 yaşındakı model  Karl Lagerfeld, Vivienne Westwood, Chanel, Alexander McQueen and Christopher Cane kimi məşhur adlarla əməkdaşlıq etmişdir.  19 noyabr 2009-cu ildə Parisdəki evində asılı vəziyyətdə tapılır. Sevgilisi ilə dalaşdığını və işlədiyi sahədə təyziqlərə məruz qaldığını, tək və tələyə düştüyünü deyərək dünyasını dəyişib.

An So Cin(Ahn So Jin) – KARA 

KARA project 2014 yarışında uğurla iştirak edən və hələ çıxış etməməsinə baxmayaraq sevilən Socin, 24 fevral 2015-ci ildə yaşadığı binanın 10-cu mərtəbəsindən tullanaraq intihar edib. Binanın bağçasında qonşular tərəfindən tapılan Socin xəstəxanaya çatdırıla bilməyib. İntihara səbəb isə yaxşı lider və idol olacağına inanılan Socinin yarışda Ho Yonq Ci(Heo Yeong Jİ)-yə məğlub olması oldu. Qərar hər kəsi şok etmişdi və ən böyük şoku da məhz Socin yaşamışdı. 22 yaşlı gənc, idol olmaq üçün yaşlı hesab olunurdu.

İ On (Lee Eon)

Coffe Prince serialından tanınan aktyor 21 avqusta 2008-ci ildə keçirtdiyi motosikl qəzası nəticəsində dünyasını dəyişib. İ On sevilən və rəğbət görən aktyorlardan idi. İlk çəkildiyi serial olmağına baxmayaraq həmin rol ilə “1st Korean Drama” mükafatını qazanmışdı.

Sonq İn Kyu (Sung İn Kyu)

A’ST1 qrupunun üzvü olan müğənni, uzun illər timus xərçəngi ilə mübarizə etdikdən sonra 2013-cü il fevral ayının 22-si dünyasını dəyişib. Müğənninin vəfatından sonra qrup üzvləri onsuz səhnəyə çıxa bilmədiklərini bildirərək qrupun fəaliyyətini dayandırıblar. Qrupun ən məşhur mahnısı isə “Boys Over Flowers” serialının OST-u olan “Yearning For You” olmuşdur

(Aşağıdakı videoda rep söyləyən İn Kyudur)

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova