Li Sunq Yıl (Lee Sung Yeol) hərbi çağrılışa getməmişdən əvvəl sevənlərinə məktub yazaraq, vidalaşdı. Məktubda yazılır
“Salam. Bu mənəm, “INFINITE”dən Li Sunq Yıl (Lee Sung Yeol). Düşünürəm ki, sizə məktubla müraciət etməyim ən doğru olandır. Martın 26-da əsgər getməyə hazırlaşıram. Yəqin ki, siz bunu dünəndən bilirsiz. Siz də, təəcüblənmisiz elə deyilmi?. Mən əminəm ki, sizlərdən bəziləriniz mənim üçün çox narahat və nigarandır. Amma narahat olmağa dəyməz. Öhdəsindən gələcəyimə əminəm. “INFINITE” də, ilk çıxışımdan artıq 9 il ötüb. İlk dəfə 2010-cu ildə sizinlə salamlaşmışam. O vaxtdan bu günə kimi biz birlikdə çox şeyləri yaşamışıq. “INSPIRIT” -mizin (fan qrup) adını aldığı ilk gün, bizim ilk görüşümüz, musiqi şousunda ilk qələbəmiz və bizim ilk konsertimiz bütün bu xoş xatirələri mən qəlbimdə qoruyub, yaşadacağam. Əsgərlikdə olduğum müddət ərzində sağlamlığıma diqqət yetirəcəyəm. Əslində, düzünü desəm mənə hələ də tam anlamıram nə baş verdiyini. Qısa saçlı olmağa öyrəşməmişəm, buna görə özümü qəribə hiss edirəm. Mən buna zamanla öyrəşəcəyəm, elə deyilmi? Sizin üçün çox darıxacağam. Sizdən aldığım sevgi mənim üçün çox dəyərlidir. Bütün dünyaya dəyişmədiyim “INSPIRIT”-miz bizi sevdiyniz və seçdiyiniz üçün sizə minnətdaram. Mən sizi sevirəm. Sağlamlığımı qorumağa çalışacağam, sizə söz verirəm. Siz də, bizim “INSPIRIT” sağlamlığınızı qoruyacağınıza mənə söz verin. Yaxşı? Söz!
Woollim Entertainment mart ayının 21-də “INFINITE” qrupun üzvü Kim Sunq Qyudan (Kim Sung Gyu) sonra Li Sunq Yılın da, (Lee Sung Yeol) hərbi xidmətə çağrlıdığını elan etdi.
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020