L ləqəbi ilə tanınan müğənni Kim Myonq Su (Kim Myung-soo) Gil Pictures şirkətinin istehsal edəcəyi “Welcome” adlı yeni serialda baş rol oynayacaq. Yuxarıda adı yazılmış şirkətin nümayəndəsi tərəfindən verilən açıqlamada belə deyilir: “Aktyor Kim Myonq Sunun KBS 2TV kanalının yeni serialında iştirakı təsdiqlənib”. Serialın süjet xətti insana çevrilə bilən pişikdən bəhs edəcək, Serial eyni adlı veb komiks əsasında çəkiləcək. L seriarlda ikili həyat yaşayan, insana çevrilən pişiyi canlandıracaq. Serialın 2020-ci ilin mart ayının 2-də yayımlanması planlaşdırılır. Xatırladaq ki, sevilən müğənni Woollim Entertainment agentliyi ilə müqaviləsinə xitam verib. Hal-hazırda heç bir şirkət ilə rəsmi müqavilə bağlamayıb.
Latest posts by Turan Suleymanova (see all)
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020