//İndonezyalı aktrisa Raline Shah 2017-ci ildə Sınqrinin ad günü şənliyində olduğunu açıqladı

İndonezyalı aktrisa Raline Shah 2017-ci ildə Sınqrinin ad günü şənliyində olduğunu açıqladı

Raline Shah dostları ilə birlikdə Sınqrinin ad gününə qatılmağının normal olduğunu bildirib.

JawaPos.com bildirirki  Sınqrinin qalmaqalı Cənubi Koreyada böyük partlayışa səbəb olub. Aktrisa Raline Shah ad günü şənliyində çəkdiyi şəkilləri müxtəlif portallarda paylaşdığı üçün öz adını da bu qalmaqalda çəkilməsinə səbəb oldu.

Sadəcə Raline deyil, Sınqrinin Millane Fernandez ilə çəkilmiş şəkili də Koreyada yayımlandı. Ancaa hər iki aktrisanın üzləri bulanıqlaşdırılmışdı.

Cavab olaraq Reline, onun haqqında çıxan söz-söhbətin səbəbini başa düşdüyünü deyib.

“Bu hadisədə(ad günü şənliyi) çirkin heç nə yoxdur. Dostları orda idi, hətta ailəsi belə orda idi.”

Hal-hazırda polis 2017-ci ildə Palavanda keçirilən Sınqrinin ad günü şənliyini araşdırır.

“Hadisə  ilə bağlı bütün qanuni gedişatı dəstəkləyəcəyəm. Araşdırmaların olduğunu anlayıram və mənim görüşümə görə araşdırmalar hələ də davam etdiyi üçün qərarı polisə əmanət etməliyik.”

Raline, Sınqrinin ad günü şənliyi siyahısındakı məşhurlardan olmasının normal olduğunu və Sınqri üçün böyük bir məclis olduğunu bildirib. Sadəcə Millane və o yox, şənliyə qatılan bir çox məşhur olduğunu da əlavə edib.

”Çox böyük şənlik idi və çox məşhur var idi. Sadəcə mən yox , xarici məşhurlarda vardı. Lakin onların adını çəkə bilmərəm. Çünki hərkəsin öz pərəstişkar ordusu var.”

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova