//İm Şivan (İm Siwan) The Star jurnalında

İm Şivan (İm Siwan) The Star jurnalında

 

Sevilən aktyor və müğənni İm Şivan (İm Siwan) The Star jurnalının iyun buraxılışının fotosessiyasında iştirak etdi və müsahibə verdi. Müsahibə zamanı o, belə deyib: “Hərbi xidmətimi tamalayan kimi yenidən aktyorluq sənətimə geri qayıtmaq üçün səbirsizlənirdim. Çəkiliş hazırlıqlarına başlamaq üçün müəyyən vaxt lazım olur. Düşünürəm ki, bu vaxt ərzində yaranan fürsəti dəyərləndirib, bir neçə fotosesiyada rahat iştirak edə bilər, səyahət edə və darıxdığım insanlar ilə görüşə bilərəm”. Qeyd edək ki, İm Şivan hərbi xidmətini mart ayının 29-da tamamlayıb. Hərbi xidmətdən gələn kimi o, OCN kanalının “Strangers from Hell” serialından rol təklifi alıb. Hansı ki, bu serialda onun rol həmkarı məşhur aktyor İ Donq Vuk (Lee Dong-wook) olacaq. Serialın süjet xətti haqqında buradan oxuya bilərsiniz.

Rol təkliflərini necə seçirsiniz? sualına İm Şivan belə cavab verib: “Əslində əvvələr hansı serialda rol oynayıb oynamayacağım qərarını qəfil veriridim. Amma indi təqdim olunan layihənin süjet xəttini diqqətlə oxuyuram. Əgər süjetdə öz rolumu, özümü görə bilirəmsə raziliq verirəm. Mən artıq hər bir layihənin süjet xəttinə inanıram. Əgər səhv edirəmsə dərhal rejissordan kömək istəyirəm. Hərbi xidmətdə olanda bir daha əmin oldum ki, mən aktyor olmaq istəyirəm. Öz işimdən həzz alıram. Bu peşə tamamilə mənə uyğun peşədir. Bundan başqa mən pərəstişkarlarla görüşmək, ünsiyyət qurmaq arzusundayam. Son vaxtlar mən hər şeyi etmək istəyirəm. Zaman fürsət yaratsa dediklərimin hamsını etməyə çalışacağam.” sözlərini deyib.