//iKON səs problemini yaxşı idarə etdi və universitet festivalında yalnız bir mikrofon ilə çıxış etdilər

iKON səs problemini yaxşı idarə etdi və universitet festivalında yalnız bir mikrofon ilə çıxış etdilər

iKON pro kimi böyük bir səs problemini idarə etdilər.

Mayın 14-də iKON Myoqci Universitetinin kampus festivalında çıxış edirdi. Çıxış zamanı səhnədə səs problemi yaşandı  və onların səsləri və mikrafonları tamamilə kəsildi. Performans dayansa da , üzvlər tamaşaçıları əyləndirməyə davam etdilər.

Bobby tələbələrə mikrafon problemi və vəziyyət barədə məlumat verdi.

Səhnə işçiləri səhvini anlamağa çalışarkən, iKON üzvləri fan servis edərək- tələbələrin telefonları ilə özlərini çəkməyə başladılar.

Bir neçə dəqiqədən sonra tək mikrofonu düzəldə bildilər, amma bu iKON üçün problem deyildi. 7 üzv mikrofonu bir-birlərinə ötürərək performansa davam etdilər.

 

Təəssüf ki, musiqi yenə kəsildi, amma iKON tamaşaçıları əyləndirməyə davam etdi. Bobby musiqisiz mahnı oxuyaraq onları  güldürdü. B.I isə  Psy-nin “Çempion” mahnısın oxudu.

Səs problemi həll edilə bilmədi və üzvlərin vaxtı qutardığı üçün getmək məcburiyyətində qaldılar, amma performanslar tələbələr üçün yaddaqalan  performanslardan biri oldu.

TAGS:

Əliyeva Simuzər

Mən Əliyeva Simuzər~
Hansamo-Koreyasevərlər təşkilatının üzvü."hansamo.az" saytında yazar və redaktor. fb/koreyasevərlər qrupu moderatoru. Həmçinin @koreyaseverler Facebook səyfəsinin admini. @koreya_gram instagram hesabının idarəçisi
Əlaqə: simialiyeva@gmail.com / simuzar.aliyeva@hansamo.az
FB. Simzar Aliyeva
Instagram @simujjxx
Youtube:Simi JJ Aliyeva
Əliyeva Simuzər