//İKON-dan B.I, aktyorluq etmək istədiyini söylədi

İKON-dan B.I, aktyorluq etmək istədiyini söylədi

İKON-dan B.I, aktyorluq xəyallarından bəhs etdi!

Fevralın 27-si, mentorluk festivalı “MBN Y Forum 2019” Seuldakı Canqçonq idman zalında keçirilib. Tədbirdə, Cənubi Koreya Baş Naziri İ Nak Yon, Meqyonq media qrupunun rəhbəri Canq De Hvan, milli futbol komandasının texniki direktoru Park Hanq So iştirak edib. Bu ilin mövzusu “Hakuna Matata, İndi Başlayın”! idi.

B.I-ya bir müğənni olmasaydı nə olacağı soruşanda, “Musiqi istəyimlə yenə bir şey edərdim, amma heç bir şeydə yaxşı deyiləm və heç bir şey etmək istəmirəm. Buna görə də heç vaxt ciddi yanaşmamışam”, dedi.
Sonra əlavə etdi ki, “Aktyorluğu sınamaq istəyirəm. Sevgiylə bağlı bir səhnə çəkmək istərdim. Ekranda gördüyüm an, həqiqətən də qibtə edirəm. Paxıllıq etdiyim saysız-hesabsız film var. Amma bu sahədə yaxşı deyiləm. Bu, sadəcə, arzuladığım bir fikirdir. Özümü musiqiyə həsr etmək istəyirəm”. Dürüst etirafı ilə hamını güldürdü.

MBN Y Forumu 2019, MBN və aparıcı iqtisadiyyat qəzeti Meil İqtisadi Qəzeti tərəfindən Koreyanın gələcəyinə liderlik edəcək və bu il doqquzuncu ildönümünü qeyd edəcək olan gənc nəsil üçün bir xəyal, ekran və meydan oxuma ruhu aşılamaq üçün hazırlanan bir gənclik qlobal forumudur.

TAGS:

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan