//Idology musiqi saytı 2018-ci ilin ən yaxşı albomlarını seçdi

Idology musiqi saytı 2018-ci ilin ən yaxşı albomlarını seçdi

 

Mənbə: Theqoo

№1 – «WARNING» Sonmi.
Eleqant, zəhmli, təhlükəli, dinləyəndə adama tanış gəlir, amma eyni zamanda da qəribə səslənir. İzah etmək çətindir, buna baxmayaraq bağlılıq yaradır. 

№2 – «Secret Garden» Oh My Girl 
Onlar zəif qızcığaz obrazından çıxıb, daha güclü bir şey göstərdilər. Yetkin səs.

№3 «FACE» Ki
Canlandırıcı etiraf. Ki bu albomda öz üzünü açdı.

№4 – «I am» G-idle. 
Bəzən insanlar debüt albomlarında sadəcə ifadə edilə bilməyən bir şey yaradırlar.

№5 – «Love Yourself ‘Answer’» BTS
Onlar daha çox hip-hop-a aid olan debüt sound-larını dəyişib elektron sound etdilər. Bu, səslərin tam portfoliyada yığıldığı albomdur.

№6 – «The Perfect Velvet» Red Velvet 
Təmiz albom. Red Velvet həqiqətən də ən yaxşı işlərini nümayiş etdirdilər. Onlar yetkin vokal və mürəkkəb səsləri birləşdirməyə müvəffəq oldular.

№7 – «Don’t Mess Up My Tempo» EXO 
Deyəsən SM musiqi ruhunun bir neçə ildən bir çıxmağına icazə verir. Keçən il bu EXO-nun “Tempo” albomunda özünü göstərdi.

№8 – «Love Yourself ‘Tear’» BTS
K-pop vasitəsilə həm geniş auditoriyaya, həm də Amerikaya əllərini uzatdılar.

№9 – «WOMAN» Boa
Parlaq və ləyaqətli performans. Boa üçün yeni başlanğıc.

№10 – «WJ Please?» WSJN
Cilalanmış səs və retro-vayb.

_

  1. BTS-in 2018-ci ildəki bütün albomları şah əsər idi… Bu onların ən yaxşı ili oldu.
  2. SM albomlarından heç bir mahnını tullamaq mümkün deyil.
  3. Şəxsən mənə görə 5-ci yerdə «Tear», 8-ci yerdə isə «Answer» olmalıdır. Bu albomda introdan başlayaraq son akkorda qədər hər şey çox təbii idi.
  4. G-idle-ın debüt albomu çox yaxşı idi…
  5. Sonminin albomu – şah əsəridir ㅠㅠ Onun bi-sayd treklərinin hamısını özü yazıb, onlar da əladır.
  6. Etiraf edirəm ki, Sonminin albomu başdan axıra qədər stabil olaraq yaxşı səslənir.
  7. Sonmi və Kinin albomlarına tez-tez qulaq asıram.
  8. Kinin albomu – lənətə gəlmiş şah əsəridir…. Onun bütün mahnılarına qulaq asıram…
  9. G-idle ㅠㅠ
  10. Düşünürdüm ki, Pentagon-un albomu da bu reytinqdə olacaq… Şəxsən mənim «Shine» və «Naughty Boy» mahnıları çox xoşuma gəldi.

_

Pann-choa

«”3. Şəxsən mənə görə 5-ci yerdə «Tear», 8-ci yerdə isə «Answer» olmalıdır. Bu albomda introdan başlayaraq son akkorda qədər hər şey çox təbii idi”.
Bəli, bununla razıyam. Məncə, «Tear» «love yourself» silsiləsindəki ən yaxşı albom idi. Bütün albom tamamilə bir şah əsərdir».

«Düzünü desəm, «Tear» BTS-in uzun müddət ərzində ən yaxşı albomu idi. Ordakı hər trek hitdir».

«”Perfect Velvet” doğrudan da ideal idi…»

«Tipik fanat kimi səslənəcəm, amma vecimə deyil. Musiqi baxımından «Tempo» – Exo-nun ən yaxşı albomlarından biridir. Vokal? BAŞGİCƏLLƏNDİRİCİ. İnstrumental? Bomba kimi. Hər şey elə gözəl uyğunlaşıb ki, bir-birinə. Bu albom onların həm qrup, həm də fərdi üzv kimi böyüdüyünü göstərdi (Sehun və Çanyol😭). Onların hamısının vokalı çox yetkinləşib. 4 il əvvəl heç ağlıma gələrdi ki, Exo-nun akapella fraqmenti olacaq?? Heç vaxt. Bu albomdakı heç bir mahnını buraxmadan dinləyirdim. Məni biraz onların vizual obrazı məyus elədi, amma, albom hər şeyi qaydasına saldı».