KBS 2TV-nin yaxınlaşan “Sənin mahnını eşitmək istərdim” dramının əsas afişaları açıqlandı!
“I Wanna Hear Your Song” bir cinayət gecəsi ilə bağlı bütün xatirələrini itirən Honq Yi Yonq (Gugudan-dan Kim Seconq) adlı bir timpanist, Canq Yun(Yon U Cin(Yeon Woo Jin)) adlı şübhəli səsləri eşidən adamla qarşılaşdıqdan sonra həqiqəti kəşf etmək üçün işə başlayır. Serial sirli komedya janrındadır.
İyulun 25-də “I Wanna Hear Your Song” serialı bənzərsiz ikitərəfliliyini vurğulayan iki poster yayımladı.
İlk afişa, serialın romantik və sevdi dolu tərəfini işarə edir.
İkinci afişa hər biri sirr olaraq örtülmüş olan dörd aparıcı obraz arasındakı gərginliyi ələ keçirir. Diqqətlə bir yerə baxan Canq Yun və kameraya baxdıqca bilinməyən bir ifadə geyən Honq Yi Yonq. Eyni zamanda afişa izləyiciləri iki yeni personajla tanış edir: orkestrin dirijoru Nam Cu Van (Sonq Ce Rim) və skripkaçı Ha In Cu (T-ara-dan Ciyon).
Serialın musiqi və musiqiçilər mövzusuna uyğun olaraq afişanın yazısı: “Bir il əvvəl biz fərqli notlar çalmağa başladıq.” şəklindədir.
- Dispatch G-DRAGONvə Jennienin sevgili olduğunu açıqladı - 24 Fevral 2021
- Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında - 04 Yanvar 2021
- “Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı - 03 Yanvar 2021