//İ Su Hyok (Lee Soo-hyeok) geri dönüşə hazırlaşır

İ Su Hyok (Lee Soo-hyeok) geri dönüşə hazırlaşır

 

İyul ayının 27-də sevilən aktyor İ Su Hyok (Lee Soo-hyeok) öz şəxsi Instagram səhfəsində şəkil paylaşaraq geri dönüş etməyə hazırlaşdığına işarə edib. Xatırladaq ki, aktyor iyul ayının 17-də hərbi xidmətini tamamlayaraq yenidən şəxsi həyatına qayıdıb. Aktyor hazırda “Pipeline” adlı filmin çəkilşlərinə hazırlaşır. Sözü gedən filmdə aktyor So İn Gok (Seo In-guk) ilə birgə rol oynayacaq. Fimin süjet xətti həyatını dəyişmək istəyən fırıldaqçı dəstəsindən bəhs edir. Hadisələr Seul şəhərində, heç kimə məlum olmayan boru xətlərində, qara qızıl, neftin aşkarlanmasından başlayır. Fırıldaqçı dəstəsi arzularını reallaşdırmaq üçün tapılan nefti hökümətdən gizlətməyi, özləri şəxsən onun satışı ilə məşğul olmağı planlaşdırır. Filmin çəkilişləri 2019-cu ilin iyul ayının sonuna, yayımlanması isə 2020-ci ilə planlaşdırılır.