//İ Sınq Gi(Lee Seung Gi) və Suci(Suzy)-nin “Vagabond” adlı serialının detalları açıqlandı

İ Sınq Gi(Lee Seung Gi) və Suci(Suzy)-nin “Vagabond” adlı serialının detalları açıqlandı

SBS yaxınlaşan serialı “Vagabond” üçün xüsusi video yayımladı.

16 avqustda yayımlanan video ilk ssenari oxunmasını həyata keçirən aktyor heyəti ilə bağlıdır.

İ Sınq Gi(Lee Seung Gi), Suci(Suzy), Şin Sonq Rok(Shin Sung Rok) və Mun Conq He (Moon Jung Hee) daha sonra müsahibə verərək öz obrazlarını tanıdıblar.

İ Sınq Gi : “Vagabond” serialında dublyor aktyor Ça Dal Qun obrazını oynayacam. Hekayə tək qardaşı oğlunu təyyarə qəzasında itirmiş Ça Dal Qunun gərçəkləri gün üzünə çıxarmaq üçün çabalamasından bəhs edir.”

Suci: “ Mən “Vagabond” serialında Qo He Ri obrazını canlandıracağam. Gərçəkləri ortaya çıxarmaq üçün pis niyyətli insanların arasına girən Milli Kəşfiyyat Xidmətinin gizli agenti rolunu oynayacam. Ça Dal Qun ilə birlikdə təyyarə qəzasının səbəblərini araşdıracam.”

Şin Sonq Rok: “Milli Kəşfiyyat Xidmətinin komanda lideri Te Unq obrazını canlandıracam. Te Unq verilən təlimatların əksinə öz qərarlarına görə hərəkət edən bir obrazdır.”

Mun Conq He böyük hadisəyə qarışan təyyarə şirkətinin CEO-dudur.

Vagabond serialının ilk premyerasl sentyabr ayının 20-si yayımlanacaq.

TAGS:

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova