İ Se Yonq və Ci Sonq, SBS-in “Doctor Room” adlı yeni serialında baş rolları bölüşə bilərlər.
Martın 11-də, İ Se Yongun agentliyi, Prain TPC, ifaçının sözügedən serialda qadın baş rol obrazını canlandırması üçün təklif aldığını təsdiqlədi.
Serial, ağrı müalicəsi sahəsində ixtisaslaşmış bir neçə həkimin ətrafında baş verir. Bu həkimlər, xəstələrin çəkdiyi sirli ağrıların səbəbini tapmağa çalışırlar.
İ Se Yonq əgər təklifi qəbul edərsə serialda əfsanəvi bir anesteziya mütəxəssisi olan Kanq Si Yonq obrazını canlandıracaq. Tibb fakültəsində, hər zaman sinfinin ən yaxşıları arasında yer alıb. İşində soyuqqanlı və ağıllı olmasını anasından, xəstələrə qarşı istiqanlı münasibət saxlamasını və dinləmə bacarığını isə atasından götürmüşdür.
Ci Sonq əgər təklifi qəbul edərsə serialda anesteziya mütəxəssisi olan Ça Yo Han obrazını canlandıracaq. Tibb fakültəsinin ən gənc professordur. Xəstələrə 10 saniyədə dəqiq diaqnoz qoyduğu üçün ona 10 Saniyə ləqəbini taxıblar.
Serialın ilk bölümü bu ilin iyul ayında yayımlanması planlaşdırılır.
- So Hyon Cin yeni serialda rol oynayacaq - 11 Dekabr 2020
- “Lovestruck in the City” serialının yeni Fraqmenti yayımlandı - 11 Dekabr 2020
- “Secret Royal Inspector” serialının ilk fraqmenti yayımlandı - 01 Dekabr 2020