Avqust ayının 1-də sevilən aktyor İ Sanq Yopun (Lee Sang-yeop) agentliyi aktyorun SBS kanalının “Good Casting” (və ya “Miss Casting”) adlı yeni serialında oynayacağı haqqında açıqlama verib. Yuxarıda adı yazılan serialın digər rol qəhrəmanları aktrisa Çoi kanq Hi (Choi Kang Hee), Yu İn Yonq (Yu In Yeong) və Kim Ci Yonqdur (Kim Ji-yeong). Serialın süjet xətti orta yaşlı Milli Kəşfiyyat Xidmətini işçisindən bəhs edir. Baş qəhrəman çox məsuliyyətli və işində peşakar kəşfiyyatçıdır. İ Sanq Yop (Lee Sang-yeop) serialda ən səviyyəli təhsil mərkəzlərində yüksək dərəcəli təhsili alan icra başçısı rolunda oynayacaq. Belə ki, yeniyetməlik dövründən sevdiyi, ilk sevgilisinin kəşfiyyatçı olduğunu görən baş qəhrəmanın ne edəcəyindən, bu məsələni araşdırarkən baş verən hadisələrdən bəhs edəcək.
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020