//İ Min Ho(Lee Min Ho) və onun pərəstişkarları ehdiyacı olan uşaqlara köməklik göstərir

İ Min Ho(Lee Min Ho) və onun pərəstişkarları ehdiyacı olan uşaqlara köməklik göstərir

İ Min Ho və pərəstişkarları yaxşı əməllər etməyə davam edir.

Aktyorun hədiyyə klubu PROMIZ, Şimali Ceolla və Cinanın uşaq mərkəzlərinə taxıl məhsullarının satılmasından əldə etdikləri xeyiri göndəriblər. PROMIZ-in “Cinan uşaqları ilə Paylaşaq” adlı hədiyyə setləri təmami ilə tükənib.

Layihədən toplanan gəlir Cinandakı 12 uşaq mərkəzindəki 337 uşağa gedib. Əlavə olaraq 55 uşağa uşaqlar günü münasibəti ilə hədiyyələr verilib. Fan klub 10-cu illəri münasibəti ilə uşaqlara 1,5 ton düyü və 300 kilo kimçi göndərib.

2013-cü ilin mart ayında qurulan PROMIZ, əyləncə və xeyirxahlıq mövzuları ilə sosyal şəbəkələrdə bir çox layihə başlatmışdır. Fan klub üst-üstə 3 dəfə “Kind Brand Grand” mükafatına layiq görülüb.

 

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova