İ Min Ho(Lee Min Ho) , xüsusi bir hədiyyə göndərərək Conq İl Vu(Jung Il Woo) ilə nə qədər yaxın olduğunu göstərdi.
20 martda Conq İl Vu, İnstaqram hesabında İ Min Ho tərəfindən SBS-nin “Haechi” adlı serialına göndərdiyi qida ilə dolu yük maşınının şəklini paylaşdı. Rəy bölməsinə aktyorun İG hesabını əlavə edərək, “bizim Min Ho təşəkkürlər” -deyə yazıb.
Şəkillərdə Conq Il Vu yük maşınının önündə duraraq, barmaqları ilə ürək işarəsi göstərib. Həmçinin, “ “Haechi” təşkilat heyəti və aktyorlar fighting! Bizim İl Vuya yaxşı baxın.” -deyə plakat hazırladıb.
Conq İl Vu , “My Ugly Duckling” proqramında Min Ho ilə olan dostluğundan bəhs edirdi. O, ikisinində məktəb illərindən eyni məhlədə qaldıqlarını və yaxın olduqlarını bildirmişdi.
Xatırladak ki, İ Min Ho 12 may 2017-ci ildə hərbi xidmətə başlamışdı. Aktyor bu ilin aprel ayında hərbi xidmətini başa vuracaq.
- Dispatch G-DRAGONvə Jennienin sevgili olduğunu açıqladı - 24 Fevral 2021
- Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında - 04 Yanvar 2021
- “Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı - 03 Yanvar 2021