Hərbi xidmətdən sonra, sevilən aktyor ilk dəfə pərəstişkarları ilə canlı bağlantı yaratmaq qərarına gəlib. İyun ayının 20-də şəxsi Instagram səhfəsində canlı yayım edərək, bütün pərəstişkarlarını Fransadan salamlayıb. Canlı yayımın qəfil baş tutmasına baxmayaraq 60.000 pərəstişkar onu izləyə bilib.(Qeyd edim ki, onu izləyə bilən 60.000 pərəstişkardan biri də mən oldum) Pərəstişkarların xahişi ilə onları müxtəlif dildə salamlayan İ Min Ho (Lee Min Ho) :“Siz yəqin ki, çox təəccübləndiniz, çünki bu ilk canlı yayımımdır. Amma bundan sonra sizinlə tez-tez canlı yayımlarda görüşəcəyimizi düşünürüəm. Bu həm əyləncəli, həm də maraqlıdır” sözlərini qeyd edib. Canlı yayım vaxtı Paris şəhərində səhər olduğundan, bir çox pərəstişkar onun səhər yeməyi yeyib yemədiyi haqqında maraqlanıb. Sevilən aktyor pərəstişkarlara pəhrizdə olduğunu, amma bir az nəsə yediyini deyib. Xatırladaq ki, sevilən aktyor fotosessiya çəkilişləri səbəbindən hal-hazırda Fransanın Paris şəhərindədir. Gəlin, İ Min Honun (Lee Min Ho) canlı yayımının videosuna birlikdə baxaq. Bəs siz canlı yayıma qoşula bildinizmi?
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020