//İ Min Ho (Lee Min-ho) L’Officiel Hommes adlı jurnala müsahibə verdi

İ Min Ho (Lee Min-ho) L’Officiel Hommes adlı jurnala müsahibə verdi

 

Müsahibə zamanı jurnalın foto çəkilişlərində iştirak edən aktyor söhbətə belə başlayıb: “Mən özümü səmimi insan hesab edirəm. Çünki, mən həyatda olduğum kimi görünməyə çalışıram. Göründüyüm kimi də oluram. Daim özümü inkişaf etdirirəm. Özümü anlamağa, hər yerdə, hər zaman özüm olmağa çalışıram. Düşüncələrimə böyük diqqət ayırıram, onlara nəzarət edirəm, nə vaxt nə istədiyimi bilirəm. Məhz, bu səbəbdən mən həmişə səmimiyəm“.

Sevilən aktyor yeni serialı haqqında bu sözləri qeyd edib: “Neçə illik aktyorluq peşəkarlığıma baxmayaraq, mən hələ də səhv edə bilirəm. Məsələn, mən at sürməyi yaxşı bacarmıram, vokal üzrə səsim mükəmməl deyil. Bütün bunlardan başaq mən, hələ aktyorluq sənətimin üzrərində də işləməliyəm. Düşünürəm ki, hərbi xidmətdən qayıtdıqdan sonra bu mənim ilk proyektimdir və mən mükəmməl olmalıyam. Öz üzərimdə olan məsuliyyəti hiss edirəm. Mən istəyirəm ki, izləyicilərə “müxtəlif janrlarda, fərqli obrazlar yarada bilən aktyor kimdir?” dedikdə ağıllarına gələn ad ilk mənimki olsun” 

Müsahibənin təfərüatları, jurnalın Autumn/Winter buraxılışında, oktyabr ayının 10-da məlum olacaq.

 

TAGS: