Mədəniyyət Nazirliyinin rəsmi sərəncamına əsasən sevilən aktyor İ Min Ho (Lee Min Ho) Koreya Dillər Universitetinin rəsmi səfiri təyin olunub. İyul ayının 9-u tarixində, Seul şəhərində yerləşən The Plaza adlı oteldə təşkil olunan təqdim etmə mərasimində mədəniyyət naziri İ Min Honu (Lee Min Ho) bu vəzifəyə təyin edərək, ictimaiyyətə elan etdi. Nazirin sözlərinə əsasən: “Biz, İ Min Honu (Lee Min Ho) ona görə seçdik ki, o, təkcə Koreyada deyil eləcədə bütün dünyada tanınır. Bu insitut haqqında ətraflı, məhz sevilən aktyor sayəsində məlumatlanacaq olanların sayı daha da artacağına və daha da məşhur olacağına inanırıq. Qeyd edək ki, İ Min Ho (Lee Min Ho) 2014-cü ildə Promiz adlı xeyriyyəçilik təşkilatı yaradaraq insanlara yardım təşviqinə başlamışdır. Sözü gedən təşkilat istənilən mövzuda hər kəsə yardım edə bilmək missiyasını daşıyır.
Sevilən aktyora uğurlar arzulayırıq.
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020