//İ Min Ho (Lee Min-ho) “King: Eternal Monarch” serialında

İ Min Ho (Lee Min-ho) “King: Eternal Monarch” serialında

 

Hwa&Dam Pictures tərəfindən verilən açıqlamada sevimli aktyor İ Min Honun (Lee Min-ho) “The Heirs” serialının senaristi olan Kim In Sukun (Kim Eun-sook) yeni serialı “King: Eternal Monarch” da baş rol qəhrəmanı rolunu oynayacağı xəbəri verilmişdir. Verilən açıqlamada belə deyilir “Biz bu komanda ilə “The Heirs” serialından sonra ikinci dəfə olacaq ki, yenidən birgə işləyəcəyik. Baş rol aktyorumuza tamamilə güvənirik. Yeni serialda onun daha müdrik və mənalı rolunu görəcəyik.” Serialın süjet xətti paralel dünyalardan bəhs edəcək. Sevimli aktyor bir dünyada imperator, digər dünyada detektiv rolunu canlandıracaq. Serialın hansı kanalda və saat neçədə yayımlanacağı haqqında dəqiq qərar verilməyib. Serialın 2020-ci ilin ilk yarısına çəkilməsi planlaşdırılır. Qeyd edək ki, “King: Eternal Monarch” serialı aktyorun hərbi xidmət qulluğundan sonra ilk işi hesab olunur.