//İ Min Ho (Lee Min-ho) böhtan, yalan xarakterli informasiyaları yayanlara qarşı ciddi mübarizəyə başladı

İ Min Ho (Lee Min-ho) böhtan, yalan xarakterli informasiyaları yayanlara qarşı ciddi mübarizəyə başladı

 

MYM Entertainment agentliyi böhtan, yalan xarakterli informasiyaları yazanlara və yayanlara qarşı ciddi mübarizəyə başladı. Belə ki, may ayının 22-i tarixində verilən açıqlamada belə halların yolverilməz olduğunu qeyd edib. Bununla yanaşı, bundan sonra bu cür hallara qarşı agentlik hüquqi yolla mübarizə aparacağını, səbəbkarları cəzalandıracağını elan edib. Agentliyin rəsmi açıqlaması belədir: “Biz, MYM Entertainment agentliyi hamını salamlayırıq. Aktyor İ Min Ho (Lee Min-ho) haqqında yalan şaiyə, böhtan xəbər yazanlar və yayanlar bundan sonra məhkəmədə cavab verməli olacaqlar. Son vaxtlar biz bu məsələni diqqətdə saxlamağa və ciddi şəkildə araşdırmağa başlamışıq. Bütün toplanan sübütlar əsasında, may ayının 22-də, Seul şəhər, Mərkəzi Rayon Prokurorluğuna müraciət etmişik. İddiamızın əsasları “əsassız böhtanlara” (İnternet və İnformasiya Təhlükəsizliyi haqqında Qanunun 70-ci maddəsinin 2-ci bəndi və Diffamasiya haqqında Qanunun 311-ci maddəsinə əsasən) qarşıdır. Düşünürük ki, biz bu böhtanlara diqqət ayırmadıqca, cavab vernədikcə onların sayı günü gündən artır. Bu səbəbdən aktyormuzun hüquqlarını qorumaq məqsədi ilə vəkil tutmuşuq. Gələcəkdə yalan xəbər yayıb, şaiyələr yaradanlara, böhtan dolu rəy yazanlara qarşı heç bir güzəşt olunmadan onlara qarşı lazımi qanuni tədbirlər görüləcək. Çünki bu cür xəbərlər həm aktyorun, həm də həqiqəti görüb, bilən bütün pərəstişkarların psixoloji vəziyyətinə təsir edir. İllər ərzində aktyorun imicinə bu cür yayılan xəbərlər ucbatından dəfələrlə ziyan dəyib, onu psixoliji vəziyyəti korlanaraq, əziyyət çəkib. Ələəttə ki, bu xəbərdarlıq yalan, böhtan, uydurma xəbər, rəy yazan hər bir kəsə aid edilir. Hamıdan bu xəbərdarlığın ciddi olduğunu nəzərə alaraq yazılan rəylərdə, xəbərlərdə daha diqqətli olmalarını xahiş edirik”.  

TAGS: