//“I Loved You from the Beginning” serialının fraqmenti yayımlandı

“I Loved You from the Beginning” serialının fraqmenti yayımlandı

 

SBS kanalında yayımlanacaq olan “I Loved You from the Beginning” serialının ilk fraqmenti yayımlandı. Serialın may ayının 6-da  bazarertəsi və şənbə günləri “Haechi” serialından dərhal sonra yayımlanması planlaşdırılır. Romantik, komediya janrında çəkilən bu serialda 4 baş qəhrəman rol oynaycaq. Valideynlərinə belə hörmət qoymayan, direktorunu əvvəlcə aldadan sonra isə onu sevən insanların hekayəsindən bəhs edəcək. Serialın sujet xətti belədir Do Min İk (Kim Yunq Kvanq (Kim Young-kwang) oynayacaq) – T&T Mobile Media qrupunun rəhbəridir. O həm ağıllıdır həm də, problemli insandır, müdirdir. Belə ki, hər balaca bir məsələ üçün öz katibəsinə zəng edib dəng edir. Çon Kal Xi (Cin Ki  Cu (Jin Ki Joo) oynayacaq) . – Do Min İkin katibəsidir. Müdirinin ona verdiyi hər tapşırığı səsini çıxartmadan həll edir. Bununla yanaşı o, öz müdiri ilə kobud danışmadan özunu saxlaya bilmir. Veronika Pak (Kim Ce kyonq (Kim Jae-kyung) oynayacaq) – Cine Park şirkətinin icraçı direktorudur. İşinin peşəkarıdır amma şəxsiyyət olaraq qarışıq tipdir. Ki De Cju (Qu Ca Sunq (Goo Ja Sung) oynayacaq) – T&T Mobile Media ikinci qrupunun rəhbəridir. İstedadlı və mehriban insandır.