//İ Kvanq Su(Lee Kwang Soo) Nylon jurnalına müsahibə verib

İ Kvanq Su(Lee Kwang Soo) Nylon jurnalına müsahibə verib

23 apreldə moda jurnalı olan Nylonİ Kvanq Su(Lee Kwang Soo)-dan müsahibə alıb.

Müsahibədə İ Kvanq Su, gündəlik həyatından, proyektləri necə seçdiyindən və “Running Man”-ın həyatına necə təsir etdiyindən söhbət açıb.

Proyektləri seçərkən nəyə diqqət etdiyi soruşularkən İ Kvanq Su : “Ssenarini oxuyarkən hekayə ilə əlaqə qura bilirəmsə proyekti seçirəm. Yaxşı təsvir edə biləcəyim bir obrazdırsa onda proyekt daha arzu olunan hala gəlir.”

İ Kvanq Suya “Running Man”-da göstərdiyi gülməli, saf , şanssız və bəzən axmaq görünüşünün həyatındakı təsirindən sual verildikdə isə aktyor-model :

”Çox da diqqətə almıram. “Running Man”  məni indiki olduğum hala gətirib. Buna görədə verlişə çəkilərkən bunu düşünürəm və ən yaxşısını etmək istəyirəm. Hamısından da vacibi çəkilişə gedərkən hələ də çox həyəcanlanıram”

Son olaraq Kvanq Suya Co İn Sonq(Jo İn Sung), Sonq Cunq Ki(Song Joong Ki), Kim Vu Bin(Kim Woo Bin) və başqa məşhurlarla olan yaxın dostluğunun nə yerdə olduğu soruşuldu. İ Kvanq Su : “Bu aralar tez-tez Co İn Sonqun evində yığışırıq. Çünki evində çoxlu içki var ㅋㅋㅋ”

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova