//İ Honqki ( Lee Hong ki ) Hiroşimada konsertə gələn hər kəsdən üzr istədi

İ Honqki ( Lee Hong ki ) Hiroşimada konsertə gələn hər kəsdən üzr istədi

İ Honqki boğazında qəfil ağrı yarandığı üçün yaxşı çıxış edə bilmədiyinə görə Hiroşimada keçirilən konsertə gələn hər kəsdan üzr istədi.

Aprelin 21-i FTISLAND qrupunun Yaponiya turunun bir hissəsi olan Hiroşimada baş tutan konserti zamanı İ Honqki boğazında yaranan qəfil ağrıya görə ifasında problem yaşadı.

21 aprel İ Honqki şəxsi Instagram profilində şəkil paylaşdı və belə qeyd etdi: «Belə bir şeyi ilk dəfə yaşadığım üçün oxuyan zaman çox həyəcanlanır, təəccüblənir, hirslənir və təəssüflənirdim. Nə baş verdiyini anlamırdım. Elə bil, mən oxuyanda kimsə boğazıma atəş açmışdı. Bugün konsertə gələnlərə görə çox təəssüf edirəm. Mən mütləq buraya qayıdacam».

FTISLAND qrupu Yaponiyada 5 mayda bitəcək konsert turu keçirir.