//İ Honq Qi (Lee Hong Gi) pərəstişkarlarına müraciət edərək bildirib ki, o, heç bir qalmaqala cəlb olunmayacaq

İ Honq Qi (Lee Hong Gi) pərəstişkarlarına müraciət edərək bildirib ki, o, heç bir qalmaqala cəlb olunmayacaq

 

KakoTalkla bağlı qalmaqda adı keçənlərdən biridə FTISLAND qrupunun üzvü olan İ Honq Qi (Lee Hong Gi) olması haqda şayələri yayılıb. İ Honq Qi (Lee Hong Gi) pərəstişkarlarına narahat olmağa əsasın olmadığını, nə olursa olsun bu kabusda onun adı olmayacağına əminlik verib.

Mart ayının 12-də onlinə şəbəkələrdə İ Honq Qinində (Lee Hong Gi) bu qalmaqada adı olması ilə bağlı şayələr işıq surəti ilə yayılıb. İ Honq Qi öz şəxsi səhfələrinin birində pərəstişkarlarına müraciət edərək belə yazıb “Səhərimi bu kabusla açdım. Narahatlığa əsas yoxdur. Sabah canlı yayında görüşərik”. Elə həmin tarixdə İ Honq Qi DinDin ilə birgə canlı yayında, bu mövzuya toxunub. O, “Bu qalmaqalda mənim adım top axtarışlar siyahısına düşüb. Hətta səhər DinDin mənə zəng edib -Bu nə deməkdir? Yəqin ki, bu həqiqət deyil? deyə sual verəndə, butun bədənim od tutub yandı. Əlbətdə ki, bu sadəcə şayədi, mənimlə heç bir əlaqəsi yoxdu.” deyib.