//İ Honq Ki (Lee Hong Ki) herbi xidmətə hazırlaşır

İ Honq Ki (Lee Hong Ki) herbi xidmətə hazırlaşır

 

FNC Entertainment agentliyinin verdiyi açıqlamada aktyor, müğənni İ Honq Kinin (Lee Hong Ki) hərbi xidmətə çağırıldığı xəbəri təsdiqləndi. Açıqlamada belə deyilir: “İ Honq Ki sentyabr ayının 30-dan fəal qüvvələrdə hərbi xidmətə başlayacaq”. 1990-cı il təvvəlüdlü müğənni İ Honq Ki sonuncu konsertində hərbi xidmət ilə bağlı xəbəri ictimaiyyətə gizli şəkildə elan etmişdi. Konsert zamanı hətta pərəstişkarlarına sağ salamat dönəcəyi haqqında söz də vermişdi. Xatırladaq ki, üzvü olduğu  F.T. Island qrupundan ilk hərbi xidmətə çağrılan İ Honq Ki oldu. 2019-cu ilin sentyabr ayında hərbi xidmətə gedəcəyi haqqında qərarı verən İ Honq Ki öz fəaliyyətini fasiləsiz davam etdirmişdi. Axıncı dəfə qrup ilə birlikdə iyun ayında təşkil olunan konsert çərçivəsində təkcə ölkə daxilində deyil, eləcədə xarixi ölkələrə səfər etmişdi. Sevilən müğənniyə uğurlar arzulayırıq.