//İ Donq Vukun (Lee Dong-wook) “Strangers from Hell” serialında baş rol oynayacağı təsdiqləndi

İ Donq Vukun (Lee Dong-wook) “Strangers from Hell” serialında baş rol oynayacağı təsdiqləndi

 

Sevimli aktyor İ Donq Vukun (Lee Dong-wook) OCN kanalının yeni serialında baş rol oynamaq təklifi aldığı haqqında məlumat vermişdik. Artıq İ Donq Vukun (Lee Dong-wook) serialda rol oynamaq təklifinə razılıq verdiyi təsdiqlənid. “Strangers from Hell” serialında şəxsi stomatoloji klinikası olan, diş həkimi rolunu oynayacaq. Serialda rol həmkarı İm Si Van (Im Si-wan) olacaq serial eyni adlı webtoon əsasında çəkiləcək. Serialın süjet xətti münaqişəli hadisələrlə rastlaşan qəhrəmana diş həkiminin nece köməklik etməyindən, dəstək olmağından bəhs edəcək. Serial 2019-cu ilin növbəti yarım ilində yayımlanacaq. Yaradıcı heyət, aktyor İ Donq Vukun (Lee Dong-wook) öz rolunu mükəməl oynayacağını düşünür. Qeyd edək ki, serialın rejissoru İ Çan Hi (Lee Chan Hee), senaristi Conq Yi Dodur (Jeong Yi-do).