//İ Donq Vuk(Lee DOng Wook)-un yeni serialındakı obrazı məlum olub

İ Donq Vuk(Lee DOng Wook)-un yeni serialındakı obrazı məlum olub

OCN-nin yaxınlaşmaqda olan yeni serialı “Hell Is Other People”, İ Donq Vuk(Lee Dong Wook)-un canlandırdığı obrazın şəkillərini paylaşdı.

Eyni adlı webtoon əsasında çəkilən serial Seula köçən Yun Conq U-un (Im Siwan canlandıracaq) ətrafında baş verən sirli və gərgin hadisələrsən bəhs edir.

İ Donq Vuk serialda “Eden” yataqxanasının yaxınlarında bir klinikadan işləyən stomataloq So Mun Co rolunu canlandıracaq. So Mun Co sadəcə çox yaraşıqlı bir həkim deyil, eyni zamanda yaradıcı istedada sahib cəzbedici bir obrazdır. Bu obraz orjinal webtoonda görünmədiyi üçün izləyicilər böyük bir maraqla gözləyir.

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova